6 Fevral 2017 14:12
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günləri ölkədə 5 intihar hadisəsi baş verib. 2017-ci il başlayandan hər gün intihar hadisəsi ahqda xəbər yayılır.

Məsələ ilə bağlı Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov Teleqraf.com-a danışıb.

Mərkəzin direktorunun sözlərinə görə, gün ərzində 1 intihar hadisəsinin olması böyük rəqəm deyil: “Azərbaycanda 9 milyondan çox adam yaşayır. Təxminən hər gün intihar hadisəsi baş verərsə, ilin sonunda bu rəqəm 365 olar. Bu, yüz min nəfərə 3,6 intihar hadisəsi deməkdir. Bu da kiçik bir rəqəmdir.

Ölkədə intihar epidemiyası var və yaxud rəqəmlər çoxdur
demək düzgün deyil. Əvvəllər də belə hadisələr var idi. Sadəcə internet yox idi, bu xəbərlər yayılmırdı. İndi isə hadisə baş verən kimi internet vasitəsi ilə yayılır”.

Psixiatr deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər yüz min nəfərə düşən intiharın sayı 7-dən çox olanda problem yaranır: “Bu cür problem İngiltərə, İtaliyada daha çoxdur. Azərbaycanda isə say bu rəqəmə yaxınlaşmayıb. Ötən il isə 327 nəfər intihar edib. Bu da hər yüz min nəfərə 3.2 intihar hadisəsi deməkdir.

Bu rəqəmlərə nəzər saldıqda məlum olur ki, ölkədə intihar hadisələri Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərdən aşağıdır. Amma intihar hələ ki bizim ölkə üçün təhlükəli həddində deyil”.

Fuad İsmayılov qeyd edib ki, intiharın dəqiq səbəbi olmur: “Ümumiyyətlə intiharın özünə nifrət, reallıqdan qaçmaq, ətrafdakıları cəzalandırmaq və yardıma çağırış kimi 4 səbəbi olur. İnsanların problemi olanda mütləq mütəxəssislərdən dəstək almalıdırlar.

2015-ci ildə 512 intihar hadisəsi baş verib. 2016-ci ildə isə bu rəqəm 327 olub. Biz bu cür hadisələrin azalmasına nail olmuşuq. Maarifləndirmə nə qədər güclü olsa, insanlar bu üsula daha az əl atarlar.

Mərkəzimizin “Qaynar Xətti” fəaliyyət göstərir. Demək olar ki, hər gün 4-5 nəfər intihar etmək istədiyi barədə müraciət edir. Biz onlara köməklik göstəririk, lazım olanda dərmanlar veririk. Bunlar da öz effektini verir”

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər