15 Fevral 2017 10:24
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar. Ona ilkin tibbi yardım göstərilib.

Yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: