"Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı haqqında bilirik, amma onu şərh etməyəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Azərbaycanın ağır texnikasının qoşunların təmas xəttinə yeridilməsi ilə bağlı virtualaz.org-un sualını şərh edərkən deyib.
Artıq xəbər verdiyimiz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi zonasında yaranmış son vəziyyətlə bağlı bəyanat yayıblar.
Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) tərəfindən yayılmış birgə bəyanatda tərəflərdən hərbi texnikanı təmas xəttindən geri çəkmək və həlak olanların cəsədlərini götürməyə imkan yaratmaq tələb olunur.