Prezidentin əfv sərəncamına düşən bəzi məhbusların adları məlumdur.
Bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Strateq.az-a məlumat verib.
Onun sözlərinə görə, siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var.
Bunlar Qənimət Zahidin qohumları olan Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilovdur. Emin Millinin qaynı Nazim Ağabəyov da azadlığa buraxılıb.
Rəsmi siyahının yaxın zamanlarda açıqlanacağı gözlənilir.