İran İraq ordusuna İŞİD-lə mübarizə aparmaq üçün 3 ədəd Rusiya istehsalı olan Su-25 bombardmançı təyyarə göndərib.
Bu barədə New York Times qəzeti ABŞ və İraq hökumətindəki mənbələrinə istinadən xəbər verir.
İraq ordusunun artıq bu təyyarələrlə ölkənin şimal-şərqindəki Ramadi, Fəllucə, Bayci şəhərlərində olan İŞİD-in mövqelərini bombardman etdiyi bilirilir. Bombardman zamanı təyyarəlrdən birinin pilotunun iranlı olduğu bildirilir. Bombardmançı təyyarələr Bağdadda “Rəşid” aviabazasına yerləşdirilib.
Qəzetin yazdığına görə, ABŞ-ın İraqa satdığı F-16 qırıcıları bu ilin payızında rəsmi Bağdada təhvil veriləcək. Amma dəqiq vaxt açıqlanmır.
Qeyd edək ki, İran “Əbabil” adlı pilotsuz təyyarəsini kəşfiyyat üçün İraqa göndərmişdi.
/ans press/