5 İyul 2017 12:20
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Sülh Platforması Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alaxanlı kəndində dinc əhaliyə qarşı təxribatı ilə bağlı bəyanat yayıb.

Sülh Platformasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəyanatda Sülh Platformasının 4 iyun 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki atişma nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirdiyi vurğulanıb:

“Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesində kardinal irəliləyişlər olmadıqca, iki dövlət arasında dəhşətli fəsadlara gətirə biləcək müharibənin baş vermə ehtimalını getdikcə artır. Bunun qarşısını almaq üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyən qüvvələr, beynəlxalq təşkilatlar tez bir zamanda real addımların atılması üçün fəaliyyətə keçməlidir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, bir daha cəbhə xəttindəki dəhşətli olayda həlak olan şəxslərin ailələrinə səbir diləyir, bir daha bu cür itkilərin olmaması ümidi ilə tez bir zamanda münaqişənin sülh yolu ilə həll olması üçün tərəfləri atəşkəsə riayət etməyə çağırırıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər