6 İyul 2017 09:26
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi düşdüyü cəzasızlıq mühitindən istifadə edərək heç nədən çəkinmir, heç nəyə məhəl qoymur.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

A.Nağı bildirib ki, iyulun 4-də Füzulinin Aşağı Veysəlli kəndində qoşunların qarşıdurma xəttində ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilirdi: “Ermənilər heç onu da nəzərə almırlar. Dinc əhalini, kəndləri atəşə tuturlar. Körpə uşağın öldürülməsi ümumiyyətlə, böyük cinayətdir. Ona görə də hesab edirəm ki, danışıqların heç bir mənası yoxdur. Ermənilərlə nə qədər danışıqlara getsən, bu danışıqları nə qədər davam etdirsən də, heç bir fayda verməyəcək. İyulun 11-də xarici işlər nazirləri Avstriyada görüşəcəklər. Bu görüşlərin nə mənası var?! Ona görə də Azərbaycan öz qərarını verməlidir. Cəmiyyət artıq öz qərarını verib. Cəmiyyətdə sosial sifariş var. Hər yerdə savaş, müharibə tələbləri səsləndirilir. Azərbaycan müharibəni başlamalıdır. Başqa yol yoxdur. Çünki danışıqlar uzandıqca bu cür günahsız insanlar, körpələr qətlə yetiriləcək. Beynəlxalq təşkilatlar hərəkətə gəlməlidir. Ermənistana sanksiya tətbiq etməlidirlər. Amma beynəlxalq təşkilatların yenə də obyektiv mövqe tutacaqlarına, hansısa obyektiv qərar verəcəklərinə ümid yoxdur. Azərbaycan ancaq özünə, öz müttəfiqlərinə güvənməli və müharibəni başlamalıdır. Bu, bir daha göstərir ki, Azərbaycanın müharibədən başqa çıxış yolu yoxdur. Yəni, torpaqlar başqa yolla işğaldan azad olunmayacaq”.

A.Nağı onu da qeyd edib ki, Cocuq Mərcanlıya qayıdışla bağlı ermənilərdə qısqanc əhval-ruhiyyə hökm sürür: “Onların müəyyən ictimai təşkilatları, ekspertləri var. Erməni mətbuatından onların mövqelərini, açıqlamalarını izləyirəm. Orada belə bir təbliğat gedir ki, Ermənistan ötən ilin aprelində itirdiyi əraziləri qaytarmalıdır. Onlar o qədər həyasızlaşıblar ki, deyirlər Azərbaycanın azad etdiyi torpaqlar da qaytarılmalı, revanş olmalıdır və s. Erməni cəmiyyətində belə bir əhval-ruhiyyə yaradırlar. Onlar Azərbaycanın vurduğu yüngülvarı zərbədən özlərinə gəlməyiblər. Bu da onu göstərir ki, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlasa, ümumiyyətlə, Ermənistan cəmiyyəti məhv olacaq, parçalanacaq. Yəni, şərait həddən artıq münbitdir. “Aprel döyüşləri niyə davam etdirilmədi” sualı ortada durur. Beynəlxalq ekspertlər də bildirilər ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi üçün elə bir ciddi maneə yox idi. Bu fikir hər yerdə var. “Aprel döyüşləri” ermənilərə ağır zərbə oldu. O vəziyyətdən çıxmağa çalışırlar. Ancaq hesab edirəm ki, Azərbaycan Ermənistandakı ictimai rəyin həmin o şok vəziyyətindən çıxmasına imkan verməməlidir. Ardıcıl zərbələr endirilməlidir”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər