Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündəki çıxışı zamanı bildirib.
M.Çavuşoğlu qeyd edib ki, zirvə toplantısının ilin sonuna qədər baş tutacağı gözlənilir. “Bugünkü görüş zamanı bu ilin sonuna kimi Aşqabadda baş tutacaq prezidentlərin sammitinə hazırlıq məsələləri müzakirə olunacaq”, - M.Çavuşoğlu bildirib.