Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Rövşən Rzayev deyib.
Deputat əlavə edib ki, hazırda Rusiyanın Ermənistanda maraqları var: “Nə qədər ki, Rusiya güclüdür və imkanları genişdir, Ermənistan heç bir addım ata bilməyəcək. Lakin kiçik şansı yaransa dərhal Rusiyanı buraxıb Qərbə üz tutacaq. Bunu biz gələcəkdə müşahidə edəcəyik. Amma Rusiya bilməlidir ki, Ermənistan onun üçün etibarlı tərəfdaş deyil. Bu aksiomdır”.
Rövşən Rzayev deyib ki, son zamanlar Ermənistan rəhbərliyi Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən kənarda təxribatları bilərəkdən törədir: “Tovuz-Qazax istiqamətində erməni tərəfi atəşkəsi pozdu, nəticədə bir mülkü və azyaşlı vətəndaşımız yaralandı. Əslində Ermənistan gözəl anlayır ki, Azərbaycan Silahlı Qüvvələri onlardan dəfələrlə güclüdür. Bilir ki, bu təxribatı edəndə Azərbaycan ordusu Ermənistan sərhəddində hərəkətə keçə bilər. Bu durumda Ermənistanın digər dövlətlərlə olan hərbi müqavilələri hüquqi cəhətdən əsas yaradır. Söhbət Kollektiv Müqaviləsi Təşkilatında Ermənistanın hərbi müttəfiqi olan ölkələrdən gedir. Ermənistan o halda Belarus, Rusiya, Qazaxıstan və digər üzv dövlətlər qarşısında bu məsələni qaldırmaq hüququnda olur. Məhz bu səbəbdən də cəbhədə belə təxribatçı addımlara gedir. Amma istənilən halda Ermənistan daxildə yalançı siyaət aparır və onunda başında duran səhra komandir düşüncəli və terrorçu Sarksiyandır. Odur ki, biz, habelə dünya ictimaiyyəti Sarksiyandan ağıllı mövqe eşitmir. Yalnız orta əssrlər dövrünə xas olan işqalçılıq, düşçüncə tərzi mövcuddur. Ancaq bir daha qeyd edirəm ki, Ermənistan cüzi imkan düşən kimi rusları kənara ataraq qərbə üz tutacaq”.