29 Avqust 2017 14:35
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən bazar günü keçmiş maniken Filiz Ağər tərəfindən odlu silahla qətlə yetirilən Vətən Şaşmaz son mənzilə yola salınır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, Vətən Şaşmazın cənazəsi yaxınları tərəfindən morqdan götürülərək məscidə aparılıb.

Məlumata görə Gözəltəpə Birlik məscidində cənazə namazı qılındıqdan sonra Vətən Şaşmazın nəşi Çəngəlköy məzarlığında torpağa tapşırılacaq.

Ölüm xəbərini 12 saat sonra bilən anası Safiyə Saydam oğluyla vidalaşarkən çətinliklə ayaq üstə dura bilib.

Vətən Şaşmazı son mənzilə uğurlamağa gələnlər arasında illərcə birlikdə proqram apardığı Məlikə Öcalan da olub.

Mərhum teleaparıcının hamilə həyat yoldaşı Yasəmən Şaşmaz da məsciddə olub. Olduqca üzgün olan Yasəmən Şaşmaz qayınanası Safiyə Şaşmazla əl-ələ tutaraq vida mərasiminin başlamasını gözləyiblər.


Müəllif: Elçin Murad