Luqansk vilayətində Sverdlov milisinin binasında kamuflyajda olan silahlı döyüşçülər görüntülənib.
Bu haqda Ukrayna mətbuatı yayıb.
Mətbuat döyüşçülər arasında çoxlu qadının olduğunu bildirib. Onların Sverdlovsk polisinin binasını ələ keçirdikləri və şəxsi heyəti özünü müstəqil elan edən dövlətin tabeliyinə keçməyə məcbur etdikləri qeyd edilib. Terrorçuların Sverdlovska Luqansk Xalq Respublikasından “polis rəisi”ni də gətirdikləri deyilib. Yerli sakinlərin dediyinə görə, hazırda Sverdlovsk polisinin rəhbərlərinin şəhəri tərk etməyə çalışdıqları söylənilib.
Qeyd edək ki, öncə Luqansk Xalq Respublikası tərəfindən yaradılan qondarma “Daxili İşlər Nazirliyi”nin rəhbərinin Yuri İvakin olduğu bildirilmişdi.
/axar.az/