Narkomaniyadan əziyyət çəkənlərin icbari müalicəsi üçün tibb müəssisələrinin sayı yetərli deyil.
Teleqraf.com xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, belə xəstələrin müalicəsi vacibdir: “Elələri var ki, narkotik maddəni iki-üç dəfə istifadə edib və təcrübəli narkoman deyillər. Bu şəxslər evlərdə də müalicə oluna bilər. Onların tibb məntəqəsində yerləşdirilməsi elə azadlıqdan mərhum etmək deməkdir. Fikrimcə, belə müəssisələrə ağır xəstələr yerləşdirilməlidir”.