1 Avqust 2014 19:18
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

Məlumata görə, şiələrin məskunlaşdığı Həbibiyə rayonunda törədilən avtomobil partlayışı nəticəsində azı 6 nəfər ölüb, 16 nəfər də yaralanıb. Səhiyyə rəsmiləri bu rəqəmlərin artacağını istisna etmirlər.

BMT-nin hesablamalarına görə, təkcə iyul ayında İraqda törədilən terror aktlarında 1750-yə yaxın adam ölüb ki, bunların əksəriyyətini də dinc sakinlər təşkil edir. 2 ay əvvəl isə "İraq və Şam İslam Dövləti" qruplaşmasının əlinə keçən Mosul şəhərində 2400-ə yaxın adam öldürülmüşdü.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər