12:45
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.
Nazir qeyd edib: "Biz görüşdə müxtəlif məsələləri, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Növbəti toplatıya biz ev sahibliyi edəcəyik, eyni zamanda, iş adamlarını bir araya gətirəcəyik. Ola bilsin ki, iş adamlarının da toplantısı keçirilsin".
M.Çavuşoğlu vurğulayıb ki, üç ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibərləri var: "Bu üçtərəfli formatı daha da genişləndirəcəyik. Bugünkü toplantı çox faydalı oldu".
***
Ermənistan bizim şərtimizi yerinə yetirməyənə, Azərbaycan torpaqlarından çıxmayına qədər münasibətlərin normallaşması mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.
Nazir Ermənistanln Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, Xocalı qətliamını törətdiyini xatırladıb: “Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Biz Azərbaycanın qəbul edəcəyi hər bir formulu qəbul edəcəyik. Münasibətlərin normallaşması üçün bir şərt qoyduq ki, Ermənistan Azərbaycan torpaqlarından çıxandan sonra münasibətlər normallaşa bilər. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".