4 Avqust 2014 11:02
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində zəlzələ nəticəsində ölənlərin sayı ən azı 381 nəfərdir

Bu haqda Çin rəsmiləri məlumat verir.
1801 insan isə müxtəlif xəsarətlər alıb, 3 nəfər itkin hesab edilir.

ABŞ-ın Geoloji Xidməti bildirib ki, 6.1 ballıq zəlzələnin episentri Yunnan dağ kəndindədir.

Rəsmi məlumatlarda çox sayda evlərin və məktəblərin dağıldığı deyilir. Kommunikasiya xətləri də ciddi ziyan çəkib.

Şahidlərin sözlərinə görə, zəlzələ şəhər küçələrində bombadan sonrakı effekti yaradıb.

Xilasetmə işlərinə 2500-ə qədər əsgər cəlb edilib. Onlar həyat varlığını yoxlayan və yer qazan alətlərlə axtarış işləri aparır.

Bu zəlzələ Yunnan kəndi üçün son 14 ildə ən güclüsüdür.

BBC


Müəllif: