5 Avqust 2014 10:30
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxın Ermənistanla sərhəd kəndlərində sakinlər müharibə şəraitində yaşamağa alışıblar.


Sakinlər rayon mərkəzinə gedərkən erməni postlarının qarşısından keçir.

Kənd sakini Teymur Məmmədovun sözlərinə görə, atışma başlayandan bu yoldan keçmək böyük ürək tələb edir: “Bu rayonda əvvəllər demək olar ki, güllə səsi eşidilmirdi. Son hadisələrdən sonra vəziyyət dəyişib. İndi gördüyünüz bu yollardan keçmək təhlükəlidir”.

Kənd sakini bildirdi ki, bir neçə dəfə avtomobilinə atəş açılıb: “Gördüyünüz o kənd erməni kəndidir. Adı Coğazdır. Bu göl də Coğaz gölüdür. Ermənistana aiddir. Demək olar ki, bu yolu gün ərzində bir neçə dəfə gedib gəlirəm. Atışma başlayandan sonra bir neçə dəfə maşınıma da atəş açılıb”.

Qeyd edək ki, videoda gördüuünüz yol Məzəm, Quşçu Ayrım kəndlərinə gedir...

/axar.az/


Müəllif: