24 Yanvar 2018 13:11
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında terrorçuların mövqelərinə aviazərbələr endiriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı Türkiyəyə keçməyə çalışan 8 terrorçu məhv edilib.

TSK-dan verilən məlumata görə, əməliyyatın başladığı gündən bu yana 260 terrorçu öldürülüb və 16 strateji nöqtə ələ keçirilib.

Hazırda hücumlar 6 istiqamətdə davam edir.


Müəllif: Samir

Oxşar xəbərlər