25 Yanvar 2018 11:41
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı Afinadan da açıqlama gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Yunanıstan Xarici İşlər naziri Nikos Kodzias danışıb.

Onun sözlərinə görə, Türkiyənin bu əməliyyatları dəhşətli nəticələrə səbəb ola bilər:

“Türkiyənin Suriyaya müdaxiləsi beynəlxalq hüquq üçün yeni problemlər əmələ gətirir. Bu məsələlərin Kipr kimi açıq regional problemlərə təsir edəcəyindən narahatıq”.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər