ABŞ Suriyanı Fərat çayının şərq sahillərindən bölmək istəyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, Vaşinqton rəhbərliyi Suriyanın şimal hissəsində terror dövləti qurmağa çalışır:
“Vaşinqtonu bu məsələdə İsrail və Səudiyyə Ərəbistanı da dəstəkləyir. Ancaq ABŞ və müttəfiqləri əvvəlki qədər güclü deyil. Bölgədəki xalqlar Pentaqonun planlarının reallaşmasına imkan verməməlidir”.
Vilayəti Türkiyənin Afrin əməliyyatlarını da dəyərləndirib:
“İsrail Suriyada terrorçuları dəstəkləyir. Türkiyə əslində Afrin əməliyyatlarında İsrail ilə savaşır”.