6 Avqust 2014 12:02
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənlə təmas xəttində gərginliyin artması və erməni silahlı birləşmələrinin kəşfiyyat-diversiya qruplarının hücumlarının qarşısının alınmasında igidlik və şücaət göstərərək yaralanaraq hospitala təxliyə edilmış hərbi qulluqçuların həyatı üçün heç bir təhlükə yoxdur

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində deyib.

İdarə rəisi qeyd edib ki, Azərbaycan müharibə şəraitindədir, istənilən vaxtlarda düşmən tərəfindən atəşkəs pozulur. Ötən həftə isə qarşı tərəfin kəşfiyyat-diversiya qrupları ordumuzun mövqelərinə hücum ediblər. Həmişə olduğu kimi, düşmənin növbəti təxribatının qarşısı hərbi qulluqçularımız tərəfindən qətiyyətlə alınıb. Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun bilavasitə göstərişi ilə peşəkar həkim heyəti bölgəyə ezam olunub və yaralı döyüşçülərimizə yerindəcə zəruri tibbi yardımlar göstərilib: "Hazırda Baş Klinik Hospitalda yaralılarımız intensiv müalicə olunur və onların şaglamlıq vəziyyəti yaxşıdır. İctimaiyyəti də əmin etmək istərdim ki, döyüşçülərimizin həyatı üçün heç bir təhlükə yoxdur. Qeyd edim ki, həlak olanlar yanlız həyatla sığışmayan yaralanma alanlardır. Yerində və təxliyyə zamanı qanitirmədən heç bir itkimiz olmayıb".

N.Əliyev düşmənin hücum cəhdinin dəf edilməsində vətənpərvər hərbçilərimizin əsl hünər və qəhrəmanlıq nümayiş etdirmələri ilə qürur duyduğunu, eləcə də qələbə əzmində olan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən vaxt torpaqlarımızı son qarışına kimi işğaldan azad edəcəyinə inandığını deyib.


Müəllif:

Oxşar xəbərlər