6 Avqust 2014 15:24
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda avtomobil qazının bir litri 10 tetri (6,5 sent) bahalaşıb. Gürcüstanda avtomobil qazı Azərbaycanın "SOCAR Gas Georgia" şirkətinin yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətə satılır

Gürcüstanın avtomobil qazı paylaşdırıcı şirkətlərindən bildirildiyi kimi, qazdoldurma məntəqələrinin tikintisinə qoyulmuş və ödənilməsi lazım gələn investisiyalar qazın qiymətinin artımına səbəb olub.

Lakin ekspertlər hazırda avtomobil qazının daha da bahalaşacağını istisna etmirlər. Ona tələbatın çox olmasına səbəb qazın qiymətinin aşağı olmasıdır.

Gürcüstanın Təbii Qaz İstehlakçıları Assosiasiyasının rəhbəri İmedi Dvalidzenin sözlərinə görə, əgər avtomobil qazının qiymətləri bahalaşmasa idi, onda bir çox qaz paylaşdırıcı şirkətlər iflas təhlükəsi qarşısında qala bilərdilər.

Onun sözlərinə görə, bazarın prinsiplərindən çıxış edərək şikətlərin qiymətləri bahalaşdırmaqdan başqa çıxış yolu yox idi.

Gürcüstan bazarında avtomobil qazı benzindən iki dəfə ucuzdur.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana avtomobil qazı idxal edən yeganə şirkətdir.

/trend/


Müəllif:

Oxşar xəbərlər