6 Avqust 2014 17:21
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Euro-4” ekoloji standartının tәlәblərinә cavab vermәyәn avtonəqliyyat vasitələrinin Azərbaycana müvәqqәti gәtirilmәsi ilә bağlı bәzi hallarda fiziki şәxslәr tәrәfindәn müәyyәn pozuntulara yol verilirdi. Bu problemin aradan qaldırılması üçün nәzarәt tәdbirlәri güclәndirilir”.

Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Azərbaycanda “Euro-4” ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlərin tələb olunacağını şərh edərkən deyib.

“Nәqliyyat vasitәlәrinin gәtirilmәsi ilә bağlı müvafiq qaydalar var. O qaydalar normativ sәnәdlәr vә Nazirlәr Kabinetinin qәrarları ilә tәnzimlәnir. Müvafiq tәsdiqedici sәnәdlәr әsasında müvәqqәti gәtirilmәyә icazә verilir. Yәni nәqliyyat vasitәsini idarә edәnlәr tәrәfindәn gömrük orqanlarına müvafiq tәsdiqedici sәnәdlәr tәqdim olunmalıdır. Bu sdahədə müәyyәn problemlәr var idi. Hazırda bu problemin aradan qaldırılmasında, ölkәyә nәqliyyat vasitәlәrinin gәtirilmәsi vә onların “Euro-4” ekoloji standartın tәlәblәrinә cavab vermәsi baxımından Dövlət Gömrük Komitәsi müvafiq tәdbirlәr hәyata keçirir”, - deyə o bildirib.

Ş. Bağırov həmçinin bildirib ki, avtonəqliyyat vasitələrinin Azərbaycana müvәqqәti gәtirilmәsdi ilә bağlı pozuntular әsasәn onların ölkәdәn vaxtından çıxarılmaması ilә bağlıdır: “Әsasәn müvәqqәti gәtirilmә üçün 90 gün müәyyәnlәşdirilib. Amma bu vәtәndaşın gәlmә mәqsәdlәrindәn asılı olaraq dәyişә bilәr. Bizim tәdbirlәr isә ona yönәlib ki, bu sahәdә pozuntular baş vermәsin vә nәzarәt mexanizmini güclәndirilsin”.

Qeyd edək ki, Azərbaycan “Euro-4” standartına cari ilin aprelin 1-dən keçib.

Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək.

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

1997 - 2000

2001 - 2004

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

1997 - 2001

2002 - 2004

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 - 2000

2001 - 2003

2004-dən

Yaponiya

1998 - 2004

2005 - 2010

2011-dən

0

Çin

2004 - 2007

2008-dən

2011-dən

-

Koreya

2001 - 2002

2003 - 2005

2006-dan

-

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

-

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

-

Belarus

2006 - 2007

2008-dən

2014-dən

-

Özbəkistan

2007 - 2009

2010-dan

2012-dən

-

Qazaxıstan

2006 - 2011

2012-dən

2014-dən

-

Rusiya

2006 - 2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

-

-

2009-dan

-

İran

2009-dan

-

-

-

/APA/


Müəllif:

Oxşar xəbərlər