Türkiyə Milli İstihbarat Təşkilatı 142 nəfərin ölümünə səbəb olan teraktların təlimatını vermiş İŞİD terror təşkilatının üzvü İlhami Balının həyat yoldaşı Hülya Balını Əl-Babda yaxalayıb.
Teleqraf.com xariic mediaya istinadla xəbər verir ki, o, ötən gecə Türkiyənin Kilis bölgəsinə gətirilib və məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qərarı ilə Hülya həbs edilib.
Məlumatlara görə, Hülya başına 4 milyon türk lirəsi (1,8 milyon AZN) qoyulan əri İlhami ilə birlikdə 2012-ci ildə Suriyaya gedib və İŞİD terror təşkilatına qoşulub.
İlhami Balı Diyarbəkir, Suruç və Ankaarda törədilən teraktlarla əlaqədar axtarışa verilib.