6 Avqust 2014 18:55
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni və rus tankçıları Ermənistanda birgə hərbi təlimlərə hazırlaşır


Ermənistan Müdafiə Nazirliyi təlimlərin sentyabr ayında keçiriləcəyini açıqlayıb.

Təlimlərin “Alaqyaz” və “Baqramyan” tədris-təlim komplekslərində keçirilməsi planlaşdırılır. Ermənistan Müdafiə Nazirliyi təlimlər “Tank dueli” adı altında yüksək dağlar və isti iqlim şəraiti olan yerlərdə keçiriləcəyini bildirib.

Təlimlərdə Rusiya ordusunun Cənub hərbi dairəsinin Ermənistandakı “T-72” tank ekipajı iştirak edəcək.

Dünən isə Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşən hərbi aviasiya bazasında “MİQ-29” qırıcılarının gecə uçuşları başlayıb.

/publika.az/


Müəllif: