22 Mart 2018 15:24
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın ölkəsinin texnoloji və ticarət sirlərini oğurladığı üçün Çinə milyardlarla dollarlıq gömrük rüsumu və investisiya qoyuluşuna qadağalar gətirəcəyi bəyan edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Donald Tramp Çinin iqtisadi hücumlarına qarşı cəzaları nəzərdə tutan ticarət tədbirlərini ABŞ vaxtı ilə saat 12:30-da (Bakı vaxtı ilə 20:30-da) açıqlayacaq.

Çinin ABŞ-ın texnoloji və ticarət sirlərini oğurladığı, Amerika şirkətlərinin əqli mülkiyyət haqlarını heçə saydığı səbəbindən ABŞ Ticarət Departamenti 2017-ci ilin avqustundan araşdırmalara başlayıb. Bu araşdırmalar nəticəsində qəbul ediləcək ticarət tədbirləri çərçivəsində Çin istehsalı olan yüzlərlə mala gömrük rüsumlarının tətbiq ediləcəyi, habelə Çin şirkətlərinin ABŞ-dakı yatırımlarının azaldılması gözlənilir.

Qeyd edilir ki, xüsusilə Çinin ABŞ-da yatırımlarının azaldılması tədbirlərinin əsas məqsədi ABŞ-ın əqli və mobil texnologiyasını qorumaqdır.

Adının məxfi saxlanılması şərti ilə mətbuata informasiya sızdıran ABŞ rəsmisi deyib ki, Çindən idxal olunan elektronik cihazlardan tutmuş ayaqqabı məhsullarına qədər əksər mallara tətbiq ediləcək gömrük taarifləri ən azı 50 milyard dollara çatacaq.

Beynəlxalq iqtisadçılar isə ABŞ Prezidenti Trampın polad və aliminuma tətbiq etdiyi əlavə gömrük rüsumları ilə bağlı ciddi müzakirələrin başa çatmadığı bir məqamda Çini hədəfləyən yeni tədbirlərin ticarət müharibəsinə səbəb olacağından narahatlıqlarını ifadə edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər