10 Avqust 2014 09:29
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyan bu gün axşam saatlarında "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirə baş çəkiblər.

Turnirdə fəxri qonaqlar qismində Rusiyanın Baş naziri Dmitri Medvedev, Baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, həmçinin Soçidəki olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi iştirak edirlər.

Bundan başqa, fəxri qonaqlar lojasında ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin kimi tanınmış idmançılar, bir sıra idman federasiyalarının rəhbərləri yer alıblar.

Qeyd edək ki, bu gün V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib.


Müəllif: