25 İyun 2018 20:57
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilmiş Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan qəddar general kimi tanınır. O, keçmiş prezident Serj Sərkisyanın güclü qüvvələrindən biri idi.

Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.

Politoloq Serj Sərkisyanın onu qiyam yolu ilə devirmiş Baş nazir Nikol Paşinyana qarşı ordu vasitəsilə çevriliş hazırladığını istisna etməyib:

“Manvel Qriqoryanın həbs edilməsi göstərdi ki, Paşinyana qarşı çevriliş hazırlığı hələ əvvəldən mövcud olub. Hesab edirəm ki, indi də, X günü üçün hazırlıqlar görülür. Ortaya çıxan faktlar da sübut edir ki, ən az Sərkisyan hakimiyyəti üçün hansısa təhlükə olacağı təqdirdə, Manvel Qriqoryan və silahdaşları dövriyyəyə girməli və hakimiyyətin təhlükəsizliyini təmin etməli imişlər.

Manvel Qriqoryanın həbs edilməsi Paşinyan hökuməti üçün müəyyən mənada uğur sayıla bilər, amma bu o demək deyil ki, Ermənistanın yeni hakimiyyəti üçün təhlükə aradan qalxıb. Hesab edirəm ki, Ermənistan Silahlı Qüvvələri və Birləşmiş Rusiya – Ermənistan ordusunun geniş təzyiq imkanları var. Buna görə də düşünürəm ki, Paşinyanın hərbi yolla devrilməsi təhlükəsi mövcuddur. Manvel Qriqoryan və həbs edilmiş digər şəxslər bu zəncirin bir həlqəsidir. Araşdırılsa, çox ciddi faktlar ortaya çıxacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər