15 Avqust 2014 14:05
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar Qarabağ münaqişəsi zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində çoxsaylı insan tələfatına səbəb olmuş gərginliyi ciddi şəkildə pisləyir”.

Teleqraf.com-un məlumatına görə, bunu Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edən ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi, səfir Harri Robinson bəyan edib.

H.Robinson ABŞ hökuməti adından ölən və yaralananların yaxınlarına başsağlığı verib. Səfir gərginliyin azaldılması üçün tərəfləri addımlar atmağa və atəşkəs haqqında sazişin müddəalarına hörmət etməyə çağırıb: “Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsində uzunmüddətli sülhə nail olmaq üçün tərəflərə yardım göstərməyə davam edəcək”.

Amerikalı diplomat münaqişənin hərbi yolla həllini istisna edib və qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü, həmçinin dövlət başçılarının münaqişənin sülh yolu ilə nizamlanması üçün dialoqu davam etdirməyə hazır olmalarını alqışlayır: “Biz tərəfləri siyasi iradə göstərməyə və konstruktiv danışıqlar aparmağa çağırırıq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər