Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi iıə təchizatı dayandırılıb.
Bu barədə Teleqraf.com-a "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.
Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.
Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.