27 İyul 2018 21:51
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Köçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. hətta öz xalqına qarşı da o mütləq cinayət törədir".

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə Ermənistanda baş verən son həbslərə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur: "Biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.

Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq.

Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verirlər".

A.Mirzəzadə qeyd edib ki, bu gün Koçaryan Ermənistanda həbs edilib: " Xaçaturovun da həbs edilməsi gözlənilir. Baxmayaraq ki, o, Rusiyanın aparıcı üzvü olduğu beynəlxalq təşkilatın rəhbəridir.

Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməykdə ittiham edilirlər.

Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. hətta öz xalqına qarşı da o mütləq cinayət törədir.

Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bar daha sübut etdi ki, insanlığa qarşı cinayətlər mütləq cəzalalarını alırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər