Azərbaycanın paytaxtı Bakı şəhərində Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın büstü qoyula bilər.
Teleqraf.com xəbər verir ki, bu haqda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məlumat verib.
O, artıq Nuru Paşanın büstünün hazırlandığını diqqətə çatdırıb.
Z.Məmmədli qeyd edib ki, Nuru Paşanın Azərbaycanın istiqlalının qazanılmasında rolu, Qafqaz İslam Ordusunun qəhrəmanlığı dövlətçilik tariximizdə ən şanlı səhifələrindəndir:
“Şəxsi təşəbbüslərə “Borçalı” Cəmiyyətinin İdarə Heyəti də dəstək verdikdən sonra Nuru Paşanın büstünü hazırlatmaq haqda sifarişimizi verdik. Daxili imkanlarımız hesabına hazırlanmış abidənin 15 sentyabrda - Bakının işğaldan azad edildi gün müəyyən etdiyimiz məkanda açılışını etmək niyyətimiz var”.