10 Avqust 2018 16:06
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Onun sözlərinə görə, bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir: “Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.

Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub”.

Deputatın fikrincə, hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib: “Şübhəsiz ki, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması üçün görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər