17 Avqust 2018 15:06
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd edilib.

Elmar Məmmədyarov səfirin ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Dato Roslan Tan Sri Abdul Rəhman diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. Nazir səfir Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər