3 Oktyabr 2018 13:37
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğız Respublikasında keçiriləcək sessiyasında iştirak etmək üçün bu ölkəyə yola düşüb. Onlar sessiyada Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələni də qaldıracaqlar. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, sona qədər bu məsələ diqqət mərkəzində saxlanılacaq: “Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsi üçün ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər