21 Oktyabr 2018 14:53
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qətər dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim Al Tani ilə görüşüb.

Bu barədə Teleqraf.com-a səfirlikdən məlumat verilib.

Məlumata görə, görüş zamanı Azərbaycan-Qətər iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qətər ticarət dövriyyəsinin inkişafından məmnunluq ifadə olunub.

Səfir bu il oktyabrın 8-dən 10-dək Qətərdə keçirilmiş I Beynəlxalq Məhsullar Sərgisində Azərbaycan şirkətlərinin iştirakına toxunaraq, qarşılıqlı olaraq bu növ tədbirlərdə iştirakın və səfərlərin təşkilinin ikitərəfli əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qətərli nazir Azərbaycan-Qətər ticarət və iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirərək, bu istiqamətdə səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər