27 Oktyabr 2018 13:37
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsində Misir Ərəb Respublikası parlamenti sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub.

Dövlət komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində iki xalq arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var. Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə dövlət komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb.

Misir parlamenti sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifi isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər