16 Dekabr 2018 12:13
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin İnstaqram səhifəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşılıb.

Teleqraf.com-un məlumatına görə, 2010-cu ilin noyabrında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Prezident İlham Əliyevin də qatıldığı Mübariz İbrahimovla vida mərasimində çəkilmiş görüntülər sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.

Ölkə başçısı vida mərasimində hərbçilərin, Milli Qəhrəmanın ailə üzvlərinin qarşısındakı çıxışında söyləyib: "Mübariz yaxşı bilirdi ki, o, döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.


Müəllif: Teleqraf.com