Hər il olduğu kimi, bu il də insanlar biri-birilərinə yeni ildə xoşbəxt və dinc həyat sürməyi arzulayır.
İlin ən son günü arzuların çoxaldığını, xəyalların qurulduğunu və yeni ildən yeniliklər gözlənildiyini deyən psixoloqlar ilə xoşbəxt başlamağın yollarını açıqlayıb.
Teleqraf.com onları təqdim edir:
- Birincisi, şikayət etməkdən, deyinməkdən vaz keçin. “Problemi həll etmək üçün mənim bir təsirim olarmı, mən nə edə bilərəm” deyə düşünün və problemlərinizin həllini sonraya saxlamayın.
- Daha sağlam yaşamaq üçün rasional addımlar atın. Sağlamlığınıza xüsusi diqqət göstərin və vaxt olduqca idman edin.
- Pis vərdişləri ötən ildə buraxın. Misal üçün, siqaret çəkməyi tərgidin. Sağlamlığınızı, zehninizi və cibinizi ələ keçirən siqaretin əsarətinə son qoyun.
- Özünüzə daha çox vaxt ayırın. Həyata bir dəfə gəlirsiniz, onu başqaları adına “ipoteka etmək”dən vaz keçin. Ləzzət alacağınız işlərə zaman ayırın. Xüsusilə zamanınızı oğurlayan, sizi yoran və ələ keçirən şeylər üçün artıq vaxt xərcləməyin.
- Sevginizi, xoşbəxtliyinizi və sevincinizi ətrafınızdakılarla paylaşın. Onlara önəm verdiyinizi hər fürsətdə dilə gətirin və pis, yaxşı gündə yanlarında olmağa çalışın.
- Hədəflər seçin və o hədəfləri həyata keçirmək üçün qısa və uzun müddətli planlar hazırlayın. Hədəflərinizi təxirə salmamağa diqqət edin.
- Şablonlardan uzaq durun, insanların həyatınızı yönləndirməsinə icazə verməyin.
- Uzun zamandır təxirə saldığınız işləri etmək üçün hərəkətə keçin. Zamanınızı yaxşı idarə edə bilmək təxirə saldığınız işləri həyata keçirməyi asanlaşdıra bilər.
- Sevməkdən qorxmayın. Cütlüklər arasındakı ən təməl problemlərin sevgi ilə həll oluna biləcəyini unutmayın.
- Uşaqlarınızın davranışına ciddi fikir verin. Onlara özlərini təsdiq etmələri üçün fürsətlər yaradın.