Türkiyənin İstanbul şəhərində “Azərbaycan Gənclərinin İstanbul Hərəkatı”nın (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) bu təşkilatın rəhbərliyinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilmiş tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kampaniyası çərçivəsində baş tutub.
Tədbirdə Xocalı soyqırımını əks etdirən görüntülər nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın İstanbuldakı konsulu Xəyyam Daşdəmirov, Avrasiya Fondunun sədri Şaban Gülbahar, politoq Ramiyə Məmmədova, İstanbuldakı Azərbaycan dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxış edənlər arasında Azərbaycan Gənclərinin İstanbul Hərəkatının lideri Rəşad Rza, araşdırmaçı-yazar Sadiq İbrahimli, araşdırmaçı-yazar Aygün Həsənoğlu, jurnalist Mayis Əlizadə də olub.
Çıxış edənlər ermənilərin ayrı-ayrı dövrlərdə Azərbaycan türklərinə qarşı törətdikləri cinayətkar əməlləri pislənilib.