4 Mart 2019 12:55
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nihat Kahveci AFFA-nın XXVI Hesabat Konfransından sonra jurnalistlərə açıqlama verib.

“Türkiyə millisində çıxış edərkən daha öncə Bakıya gəlmişdim. Təxminən 7 il əvvəl idi. Amma dünən hava limanından çıxmağımdan “Ulduzlar finalı” oyununa qədər Bakının necə dəyişdiyinin şahidi oldum. Bakı hər anlamda inanılmaz dərəcədə dəyişib. Böyük sərmayə qoyulub. Ona görə də bu il Avropa Liqasının final oyunu Bakıya həvalə edilib. Möhtəşəm təşkilatçılıqdır. Azərbaycan üçün böyük şansdır. Çünki Avropa liqalarının topklubları: Napoli, Arsenal, Sevilya, Valensiya, Vilyareal, Çelsi bu turnirdə mübarizə aparır. Çempionlar Liqası kimi ab-hava var. Finalın gözəl keçəcəyinə inanıram.

Cənab Prezident İlham Əliyevə, AFFA-ya, bütün səlahiyyətli şəxslərə, azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm. Bizi çox yaxşı qarşıladınız. Mən də sizə Türkiyədən salamlarımı gətirdim. Ürəyim istərdi ki, Türkiyə komandalarının da daha irəli mərhələlərdə mübarizə aparmalarına şahid olaq. Amma təəssüf ki, alınmadı. Bu il finalda bir İspaniya təmsilçisini görə bilərik. “Napoli” çox yaxşı komandadır. Ona görə də onun finala qalacağını düşünürəm.

Foto: Pərviz Həşimi


Müəllif: Zümrüd

Oxşar xəbərlər