Milli Məclisin deputatı Naqif Həmzəyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyevə səfər edib.
Teleqraf.com xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılan deputat seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcək, yekun rəydə seçkinin gedişatı ilə bağlı öz münasibətini bildirəcək.
Qeyd edək ki, Ukraynada martın 31-də prezident seçkiləri keçiriləcək.