Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336,033 mln. manat məbləğində vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 116,369 mln. manat və yaxud 53% çoxdur.
Bu barədə Teleqraf.com-a DGK-dən bildirilib.
O cümlədən son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 13,181 mln. manat və yaxud 22,35% artaraq 72,164 mln. manat, əlavə dəyər vergisinin məbləği 96,952 mln. manat və yaxud 63,9% artaraq 248,643 mln. manat, aksiz vergisinin məbləği 5,658 mln. manat və yaxud 1,9 dəfə artaraq 12,049 mln. manat, yol vergisinin məbləği isə 578 min manat və yaxud 22,2% artaraq 3,177 mln. manat təşkil edib.