20 Mart 2019 09:12
3 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nursultan Nazarbayevin prezident postundan istefa xəbərindən sonra Qazaxıstan əhalisi kütləvi şəkildə xarici valyuta almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, nəticədə ölkədə dollar qıtlığı başlayıb.

Ajiotaj Astana şəhərinin valyuta dəyişmə məntəqələrində dolların tamamilə tükənməsinə səbəb olub.

Bundan başqa, dolların kursunun yüksəldiyi də bildirilir. 378,5 təngəyə satılan 1 dollar 285 təngəyə təklif edilib.

Qazaxıstan Milli Bankının rəsmisi Aleksandr Terentyev açıqlama verməli olub. O, bəyan edib ki, ölkədə maliyyə sabitliyi hökm sürür, ajiotaja və milli valyutanın kursundan narahatlığa əsas yoxdur.


Müəllif: Mahir

Oxşar xəbərlər