Amerikalı jurnalist Stiven Sotlof çərşənbə axşamı yayılan videoda “İslam Dövləti” (“İD”) qruplaşmasının terroristi tərəfindən qətl olunmamışdan öncə ABŞ prezidenti Barak Obamanın xarici siyasətini tənqid edib.
“Obama, İraqı zəbt etmək bəhanəsi amerikalıların həyatı və maraqlarını qorumaq idisə, bəs niyə mən sizin müdaxilənizə görə indi ağlayıram? Bəyəm mən ABŞ vətəndaşı deyiləm? Əvvəlcə “İD”lə toqquşmalarda biz amerikalı vergi ödəyicilərinin miyardlarla dollarlarını xərclədik və minlərlə əsgər itirdik, bəs xalqın yenidən başlayan müharibədə marağı nədir?”- deyə jurnalist bildirir.
“Mən xarici siyasətdən az anlayıram, amma mən o zamanları yaxşı xatırlayıram ki, siz seçkilərdə heç bir qələbənizi İraq və Əfqanıstandan əsgərlərin qaytarılması və Quantanamonun bağlanması sözü vermədən keçirmisiz. Hazırda Obama, sizin vaxtınızın (prezident dövrünün) bitməsinə az qalıb, lakin yuxarıda sadaladıqlarımdan heç birini etməmisiz. Siz yalanla bizi, amerika xalqın açıq atəşə sürükləyirsiz”- deyə Sotlof əlavə edib.
Qeyd edək ki, bir çox işlədiyi nəşrlər arasında “Time” və “Foreign Policy”-də olan Sotlof 2013-cü ildə Suriyada- Türkiyə sərhəddini keçəndən az sonra ələ keçirilib. Bundan bir neçə gün öncə isə yerli KİV Sotlofun anasının “İD” liderlərinə oğlunun buraxılması xahişi etdiyi videomüraciət yaymışdı.
Avqustun sonunda internetdə “İD” qruplaşması tərəfindən 2012-ci ildə Suriyada ələ keçirilən amerikalı jurnalist Ceyms Foulinin edamının videosu yayıldı. Yaraqlılar onda bildirmişdilər ki, Foulinin edamı ABŞ-nin İraqa müdaxiləsi qərarının nəticəsidir və Sotlofun həyatı bundan ABŞ prezidentti Barak Obamanın növbəti qərarlarından asılı olacaq.
Daha sonra elə həmin ay Barak Obama Suriya üzərində kəşfiyyat xarakterli uçuşların aparılmasına razılıq verərkən, zərbə endirmək barədə hələki, qərar vermədi. Buna baxmayaraq Dövlət Departamentinin nümayəndəsi Cen Psaki xəbər verdi ki, ABŞ Suriya ərazisində “İD” mövqelərinə zərbə endirmək qərarı verdiyi halda Dəməşqin razılığını gözləmək fikrində deyil.