4 Aprel 2019 15:09
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib.

"Bu iclası ikitərəfli və regional gündəliyimizin maraqlı kəşisməsi zamanında təşkil etdik. Münasibətlərimizdə elə bir sıxlıq vardır ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu Aİ üçün də regiondakı digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. Buna görə də mən buradayam.

İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və video-konfranslar keçirmişik və eyni zamanda qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq.

Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir", - nazir qeyd edib.

Nazir bidirib ki, Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər:

"Biz həmçinin dialoqumuzun strateji əhəmiyyət kəsb edən məsələlərini də əhatə edəcəyik. Bu, enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir.

Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə, biz enerji üzrə tamamilə yeni bir mənbədən - Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq.

Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə, Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər