Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Nümayəndə heyətinə Federasiya Şurasının sədri Valentina Matviyenko rəhbərlik edir.
Səfər zamanı Milli Məclisinin sədri Oqtay Əsədovla danışıqlar aparılması planlaşdırılır.
Tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əsasda parlamentlərarası qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı Rusiyanın Federasiya Şurasının sədri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində çıxış edəcək, Bakının mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcək.
Nümayəndə heyətinin tərkibinə həmçinin Federasiya Şurasının sədr müavini, iki ölkənin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri İlyas Umaxanov, Federasiya Şurasının sədr müavini Andrey Turçak, Həştərxan vilayətinin və Dağıstanın regional parlamentlərinin senatorları və başçıları daxildir./report/