12 Aprel 2019 14:34
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi çox aydın və ardıcıldır".

Teleqraf.com xəbər verir ki, bunu Bakıda jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həll variantı yoxdur. Yalnız dinc, diplomatik yolla həll oluna bilər. Rusiya da vasitəçi kimi uzlaşmanın əldə olunması üçün əlindən gələni edir. Beləliklə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi çox aydın və ardıcıldır”, – o bildirib.

Federasiya Şurasının sədri bu məsələ ilə bağlı Prezident İlham Əliyevlə görüş zamanı müzakirə apardıqlarını vurğulayıb: “Bu məsələnin həllinə nail olmaq çox mühümdür. Bu, böyük siyasi-diplomatik uğur olardı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər