2 May 2019 17:08
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu dəyişiklik ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlərin cəzalandırılması ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə əlavə edilən 3-cü bəndə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər