Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gəlib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazır qəzalı binaya şəxsi baxış keçirib.
Kəmaləddin Heydərova qəzanın nəticələri və xilasetmə işlərilə bağlı ətraflı məlumatlar verilib. Hazırda görülən işlər barədə nazirə hesabat verilib.
Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.
Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir.