28 İyun 2019 10:08
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunan hərbi paradda iştirak etmək üçün Minsk şəhərinə gediblər.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər